Beynəlxalq Kommersiya Əməkdaşlığı
Fərqli ölkələrdə fəaliyyət göstərmək istəyən şirkətlərlə əməkdaşlıq edərək onların həmin bazarlarda kommersiya əlaqələri qurmasına kömək edirik. Qarşılıqlı razılaşma və müvafiq səlahiyyətlər çərçivəsində şirkətlərin adından yerli tərəfdaşlarla əlaqə saxlaya, kommersiya danışıqlarını apara, potensial müştəriləri və təchizatçıları araşdıra, razılaşdırılmış iş proseslərini əlaqələndirə bilərik.
Bu yanaşma şirkətlərə yeni bazarlara çıxmaq, yerli biznes mühitini daha yaxşı tanımaq və beynəlxalq əməkdaşlıqlarını inkişaf etdirmək imkanı yaradır.

